Göyçayda dəhşətli qəza - 1 nəfər öldü

09:49 10.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.